Azərbaycan lideri: "Sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var"
Tarix: 17-03-2022 | Saat: 13:58
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
363 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-03-2022 | Saat: 13:58
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
"Əlbəttə ki, tanınmış idmançılarımızın nümunəsi, Olimpiya, dünya, Avropa çempionlarının nümunəsi gənclər üçün də bir stimul olmalıdır. Onlar da bizim tanınmış idmançılar kimi olmağa çalışmalıdırlar. Bilirəm ki, bizim tanınmış, görkəmli idmançılarımız da həm öz idman uğurları ilə, həm də ki, davranışları ilə də nümunə göstərirlər", - dövlət başçısı bildirib.
"Mən çox şadam ki, Azərbaycan idman ictimaiyyəti və bizim idmançılarımız, onların böyük əksəriyyəti həyatda da nümunədirlər və belə də olmalıdır. Bir sözlə, mən güləş idman növünün perspektivlərini çox müsbət qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə həm Olimpiya Oyunlarında, həm də dünya çempionatlarında bizim uğurlarımız kifayət qədər olacaq.
Bir məsələyə də toxunmaq istərdim. Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir", - Prezident vurğulayıb.

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2021, 15:28
“Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?” – Dövlət başçısı
24-09-2025, 07:48
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
26-08-2022, 14:25
Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq
13-06-2025, 16:03
SEPAH HHQ-nin komandanı Əmirəli Hacızadə öldürülüb
5-01-2022, 13:41
Yens Stoltenberq Ukrayna xarici işlər naziri ilə görüşəcək
17-04-2022, 20:41
Gürcüstanın mədəniyyət xadimləri Ağdamda olublar
27-01-2022, 21:26
Türk Hava Yolları İdarə Heyətinə yeni sədr TƏYİN OLUNDU
3-02-2022, 00:50
Pentaqon Avropaya qoşun göndərməsinin səbəbini açıqlayıb