Tarix: 13-01-2022 | Saat: 15:10
Bölmə:Karusel / Dünya | çapa göndər
Davam edən təhlükəsizlik danışıqları zamanı ABŞ-ın mümkün yeni sanksiyaları barədə xəbərlər Rusiyaya təzyiq cəhdidir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ABŞ-ın Moskvaya təzyiq cəhdlərini mənasız adlandırıb.
"Təbii ki, biz bu cür sənədlərin və bu cür bəyanatların ortaya çıxmasını son dərəcə mənfi qiymətləndiririk. Xüsusilə də davam edən danışıqlar silsiləsi fonunda... Qoyun, uğursuz olsun, amma danışıqlardır. Əlbəttə ki, bu bəyanatların və danışıqların eyni vaxta üst-üstə düşməsi Moskvaya təzyiq cəhdidir və bu mənasızdır”, - Peskov vurğulayıb.
Qeyd edək ki, dünən ABŞ-ın Demokratlar Partiyasından olan senatorlar tərəfindən təqdim edilən qanun layihəsi Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya iqtisadiyyatının əsas sektorlarına, dövlət borcuna və yüksək səviyyəli dövlət məmurlarına qarşı ağır sanksiyaların tətbiqini təklif edib.
Digər xəbərlər