Saytımızı qiymətləndirin


 
 

Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik" - YENİLƏNİB - CANLI YAYIM
Tarix: 28-11-2019 | Saat: 15:15
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".

Qarabaginfo xəbər verir ki, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - deyə, Ə.Əhmədov əlavə edib.


*** 15:01

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

Qarabaginfo xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Mətbuat konfransında YAP icra katiblərinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

 

 



Xəbəri paylaş

480 dəfə oxunub.

Digər xəbərlər