Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir
Tarix: 17-08-2022 | Saat: 14:12
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev: Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir

Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinın açılış mərasimindəki çıxışında söyləyib.

Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşən dövlətimizin başçısı deyib: “Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik”.

Prezident qeyd edib ki, Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi.

“Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub”, - deyə Prezident İlham Əliyev qeyd edib.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər