Ana Sayfa > Manşet / Karusel / Siyasət > Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik"

Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik"


28-11-2019, 15:15. Yazar: Admin

 

"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".

Qarabaginfo xəbər verir ki, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - deyə, Ə.Əhmədov əlavə edib.


*** 15:01

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

Qarabaginfo xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Mətbuat konfransında YAP icra katiblərinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

 

 


Geri dön