Saytımızı qiymətləndirin


 
 

Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
Tarix: 18-11-2017 | Saat: 11:51
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

Benzinin qiyməti nəyə təsir edəcək?

 

“Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən  istehsal sahələrində istifadə olunan daşımalarda “Aİ-95” və “Aİ-98” markalı benzinlərdən istifadə edilmir: “Yəni bu logistika xərclərinə aid deyil.  Sadəcə,  bu artım ondan xəbər verir ki, gələcəkdə  buna  bənzər addımlar  davamlı şəkildə gedə bilər.  Əgər “Aİ-92” markalı benzinin sonra isə dizelin qiymətində də dəyişiklik olarsa o zaman bu ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər.  Beləliklə də,  bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri  20-30 faiz təşkil edir”. 

 



Xəbəri paylaş

637 dəfə oxunub.

Digər xəbərlər
16-07-2022, 17:02 Dastana dönmüş bir Səs!