Tarix: 13-11-2017 | Saat: 10:32
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
“Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün 5 “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, sazişi AZAL-ın prezidenti Cahangir Əsgərov və “Boeing”in baş icraçı direktoru Kevin Makalister imzalayıb.
Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.
Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.
C.Əsgərov mərasimdə bildirib ki, əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı AZAL-ın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. O deyib ki, yeni təyyarələrin alınması uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək.
K.Makalister də öz növbəsində AZAL-ın “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirdiyini söyləyib.
Digər xəbərlər