İlham Əliyev Volodimir Zelenskiyə zəng edib
Tarix: 25-01-2022 | Saat: 16:22
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
327 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-01-2022 | Saat: 16:22
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.
Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
Digər xəbərlər
10-08-2020, 14:12
Dağ-mədən sənayesini Azərbaycan iqtisadİyyatının flaqmanına çevirməyin vaxtı çatıb
10-06-2021, 09:37
Məhkəmə Abel Məhərrəmova qarşı 800 minlik işə xitam verdi
5-08-2020, 12:34
“190 manatı heç bir halda kəsmək olmaz” - Deputat
13-05-2022, 15:44
Şuşada "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı davam edir
29-07-2024, 12:25
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilib
25-10-2024, 21:18
Ayın 27-də bu yollar üç saatlıq bağlanacaq - Siyahı
15-10-2024, 11:22
İcra Hakimiyyətinin vəzifəli şəxsi 36 yaşında vəfat etdi
5-01-2022, 22:12
BMT Qazaxıstandakı vəziyyəti şərh edib
29-04-2022, 16:37
Yoluxanların sayı açıqlandı


















