Saytımızı qiymətləndirin


 
 

Aprel qazisi, ikinci qrup Qarabağ əlilini efirə çıxartmaq üçün 500 manat ödəniş istənildi
Tarix: 28-01-2019 | Saat: 12:18
Bölmə:Manşet / Karusel | çapa göndər

 

Aprel qazisi, ikinci qrup Qarabağ əlilini efirə çıxartmaq üçün 500 manat ödəniş istənildi
Aprel qazisi, ikinci qrup Qarabağ əlilini efirə çıxartmaq üçün 500 manat ödəniş istənildi. Bunu facebook səhifəsində Leyla Həsənova yazıb. Yazını olduğu kimi təqdim edirik. 
Qazidən Xoşqədəm və Zaura Başəliyevə ağır ittiham 
Leyla Həsənov yazır ki, aprel döyüşlərinin iştirakçısı, ikinci qrup Qarabağ əlili, baş gizir Əzimov Elşən Balaxan oğlu sayta danışarkən aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev haqqında ciddi ittihamlar səsləndirib. Qazi bildirib ki, müalicəsinə görə, maddi dəstəyə ehtiyacı olduğu üçün X.Hidayətqızının və Z.Baxşəliyevin verilişinə çıxmaq niyyəti olub. Bununla bağlı Z.Baxşəliyevin verilişinə zəng vuran qaziyə bildirilib ki, efirə çıxmaq üçün ödəniş etməlidir:“Zaur Baxşəliyevin verilişində təqdim etdiyi nömrəyə zəng vurub efirə çıxmaq istədiyimi dedim. Dəstəyə cavab verən qız, bunun üçün 500 manat ödəniş etməli olacağımı bildirdi. Dedim ki, efirə çıxım yığılan puldan götürərsiniz, amma razı olmadılar”. Bundan sonra X.Hidayətqızına zəng vuran qaziyə bildirilib ki, qeydiyyata alınıb, çağırılacaq: “Xoşqədəm Hidayətqızına zəng vurdum. 
Aprel qazisi, ikinci qrup Qarabağ əlilini efirə çıxartmaq üçün 500 manat ödəniş istənildi
Növbəyə yazıldığımı bildirsə də, sonradan dəfələrlə edilən telefon zənglərinə cavab vermir, ya da biləndə ki, zəng vuran mənəm telefonu söndürürlər. Bunlar özlərini xalqa elə göstərirlər ki, guya kiməsə kömək edirlər. Buyursunlar, köməyə ehtiyacı olanlardan biri də mənəm, gör heç verilişə çağırırlarmı?”. Xatırladaq ki, baş gizir Elşən Əzimov 16 il orduda xidmət edib. 2016-cı il aprel döyüşləri zamanı Lələ təpə yaxınlığında kontuziya alıb. Ayaqları tutulan qazi mütəmadi olaraq müalicə olunduğunu və bunun üçün maddi imkanının olmadığını bildirib. Qazimiz ailəlidir və 4 övladı var. Allah şəfa versin!
Qarşı tərəfin səslənən ittihamlara münasibətini öyrənmək üçün adı çəkilən Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevlə əlaqə yaratmağa çalışsaq da münasibət bildirən olmadı. 
Redaksiya olraq belə bir ciddi ittihamın nə dərəcədə həqiqəti əks elətdirməsi bizim üçün də qaranlıqdır. Bu tip məlumatlar məqsədyönlü şəkildə də dövriyəyə buraxıla bilər. Bunun yeganə yolu və cavabı həqiqətdir. Kimin haqlı, kimin haqsız olması biziə də bəlli deyil. Səslənən ittiham aydınlıq gətiriləsi ən vacib məsələdir. 
Aprel qazisi, ikinci qrup Qarabağ əlilini efirə çıxartmaq üçün 500 manat ödəniş istənildi

azia.az (c)



Xəbəri paylaş

643 dəfə oxunub.

Digər xəbərlər