Saytımızı qiymətləndirin


 
 

Prezident çoxdan gözlənilən yolun açılışını etdi  +FOTOLAR
Tarix: 28-12-2018 | Saat: 11:34
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib.

"Qarabaginfo" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yol 2.7 km uzunluğa malikdir. Yol Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunub. 
Yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlıdır. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edir.

 Yeni avtomobil yolunun açılışı ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənib.



Xəbəri paylaş

579 dəfə oxunub.

Digər xəbərlər