Uşaqları virusdan qoruma yolları - Valideynlər üçün
Tarix: 09-01-2017 | Saat: 11:05
Bölmə:Manşet / Karusel | çapa göndər
Payız-qış mövsümünün gəlməsi ilə Azərbaycanda qrip xəstəliyinə tutulanların sayı artıb.
“Qafqazinfo” xəbər verir ki, xüsusilə də uşaqlar arasında geniş yayılan və ağır keçən bu xəstəlik valideynləri narahat etməkdədir. Xəstəlik yüksək temperatur, halsızlıq, baş ağrısı ilə müşahidə olunmaqdadır. Bəzi həkimlər bunun kəskin virus olduğunu qeyd etsələr də, digərləri isə fəsillə əlaqədar soyuqdəymə olduğunu vurğulayırlar. Bəs xəstəlikdən uşaqları necə qorumaq lazımdır, hansı mübarizə tədbirləri aparılmalıdır?
“Qafqazinfo” sözügedən suallarla həkim pediatr Günay Rəsulovaya müraciət edib. Onun sözlərinə görə, son zamanlar uşaqlar arasında yayılmış və çox vaxt ağırlaşma ilə nəticələnən respirator virus infeksiyaları diqqət çəkməkdədir: “Bu infeksiya zamanı uşaqlarda yüksək hərarət, bəzən 7 günə qədər davam edən, halsızlıq, iştahsızlıq, burun axma, uzun müddət davam edən,(bəzən 1 aya qədər) öskürək simptomları, ürəkbulanma, qusma, ishal görülə bilər. Xüsusilə də uşaqlarda bu virus infeksiyası çox vaxt ,otit (orta qulağın iltihabı), sinusit (burunətrafı ciblərin iltihabı), tonzillit (badamcıqların iltihabı), pnevmoniya (ağciyərlərin iltihabı), plevrit ( Plevranın iltihabı) kimi ağırlaşmalar ilə nəticələnə bilər. Lakin vaxtında aparılan tədbirlər və müalicə üsulları ilə bu xəstəlikdən qoruna və müalicə olunmaq mümkündür. Belə uşaqlar həkim nəzarətində olmalıdır. Əgər ağırlaşmalar müşahidə edilərsə, dərhal stasionar şəraitdə müalicə almalıdırlar”.
G. Rəsulova qeyd edib ki, uşaqlar arasında belə virusların çox yayılmasının əsas səbəbi, xüsusilə də bağça və məktəb yaşlı uşaqlar vaxtlarının çox hissəsini qapalı ortamlarda keçirdikləri üçün bu viruslar asanlıqla uşaqdan uşağa hava-damcı yolu ilə yayılır: “Bundan başqa fəsil dəyişkənliyi, soyuq havalara uşaq orqanizminin adaptasiya xüsusiyyəti zəif olduğu üçün, uşaqlarda immunitet zəif olur və onlar asanlıqla xəstəliyə yoluxa və asanlıqda xəstəlik gedişatında ağırlaşma əmələ gələ bilir. Belə hallarda valideynlərin ilk növbədə diqqət etmələri gərəkən nüanslar var. Birinci növbədə xəstə uşaqlar bağça və ya məktəbə göndərilməməlidir. Bu həm uşağın özünə görə, həm də yoldaşlarını yoluxdurmamaq baxımından çox vacibdir. Uşaq bir pediatr tərəfindən izlənməlidir. Çünki, virus infeksiyalarının müalicəsində erkən olaraq simptomatik yanaşma olur. Lakin həkim hər hansı ikincili bakterial ağırlaşmanı hiss edərsə ona yönəlik müalicə mütləq aparılmalıdır . Belə viruslar əleyhinə profilaktik peyvəndlər vardır. İmkan daxilində bu peyvəndlərdən uşaqlara vurdurmaq lazımdır.
Hər bir uşağın xəstəliyə dirəncli olması üçün, onların düzgün qidalanma (tarazlıqlı,bol meyvə -tərəvəz,zülal və karbohidratla zəngin) düzgün yuxu və sağlıqlı geyinmələrinə diqqət etmək lazımdır. Aşırı yorğunluq uşaq orqanizmasının immunitetini kəskin aşağı salır. Ona görə uşaqları, xüsusilə məktəb yaşlı uşaqları vacib olmadıqca çox yükləmək, yormaq məsləhət deyil. Uşaqlar mümkün qədər açıq havada çox olmalıdır. Həkimdən məsləhətsiz hər hansı "özünü müalicə" ilə məşğul olmaq olmaz, belə virus infeksiyalarında əsassız antibiotik istifadə etmək məsləhət deyil. Yersiz istifadə edilən antibiotik uşaq immunitetini daha da aşağı salır və infeksiyanın gedişi uzana bilir.
Evdə viruslu xəstə varsa 2 qat tənzif geyinərək mümkün qədər sağlam uşaqlardan uzaq tutulmalı, evin havası tez- tez dəyişdirilməlidir. Virusun orqanizmdən xaric edilməsinə kömək edən maye, xəstə uşaqlara bol bol verilməlidir”.
Həkim qeyd edib ki, hər virus infeksiyasının öz dövrü vardır: “Bu müddəti uşaq pediatr nəzarətində keçirməlidir.Çünki, baş verə biləcək ağırlaşmalardan təəssüf ki belə virus infeksiyaları bəzən ölümcül belə ola bilər”.
786 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2022, 13:49
Bakıda amnistiyaya düşənlərin sayı AÇIQLANDI
14-12-2022, 19:14
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
6-07-2024, 13:09
Qazaxıstan Prezidenti: Birlikdə qlobal təhlükəsizlik və stabilliyin təmin edilməsinə çalışmalıyıq
23-01-2022, 23:34
Türkiyədə 37 avtomobilin işitrakı ilə zəncirvari qəza
28-03-2023, 16:07
İran Güney Azərbaycanda Novruz adətlərimizi necə dəyişdirir? - ARAŞDIRMA
29-08-2024, 11:43
BMT Qəzzada humanitar yardım maşınlarının hərəkətini dayandırıb
7-02-2022, 09:09
82 yaşlı koronavirus xəstəsi toyda saxlanılıb
25-07-2024, 13:29
“Mühafizəçi əvvəllər dəfələrlə məhkum olunub”- Ağadadaş Ağayevin vəkili
16-02-2022, 18:06
Dolların sabaha olan məzənnəsi açıqlandı