Azərbaycan ordusunun təlimləri növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədi ilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.
"Qarabaginfo" xəbər verir ki, bu barədə "Report.az"a Müdafi Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.