Saytımızı qiymətləndirin


 
 

Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul edib
Tarix: 17-03-2021 | Saat: 15:50
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər