Saytımızı qiymətləndirin


 
 

Dövlət Departamenti: Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişindən faydalana bilər
Tarix: 13-02-2026 | Saat: 13:38
Bölmə:Karusel / Region | çapa göndər

Dövlət Departamenti: Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişindən faydalana bilər

“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında əldə edilən sülh müqaviləsi bütün Cənubi Qafqaz üçün transformasiya imkanları açır. Gürcüstan bu müqavilənin mümkün etdiyi sabitliyə və rifaha həm töhfə verə, həm də əhəmiyyətli dərəcədə faydalana bilər”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Gürcüstanın "Netgazeti" nəşrinə bildirilib.

Qeyd olunub ki, ABŞ Gürcüstanla konstruktiv münasibətlər qurmağa çalışır: "Biz ikitərəfli münasibətlərimizə və ölkədəki siyasi mühitə təsir edən məsələlər üzrə Gürcüstan hökuməti ilə qarşılıqlı əlaqələr saxlamağa davam edəcəyik. Həmçinin Gürcüstan hökumətinin ölkələrimiz arasında münasibətlərin gücləndirilməsinə və inkişaf etdirilməsinə sadiqliyini nümayiş etdirmək üçün ata biləcəyi konkret addımları da nəzərdən keçiririk".



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər