Saytımızı qiymətləndirin


 
 

Moskvada Rusiya Qəhrəmanı olan general güllələndi
Tarix: 06-02-2026 | Saat: 14:26
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsi hadisənin Volokolamsk şosesində baş verdiyini açıqlayıb.

Bildirilib ki, naməlum şəxs 24-cü mərtəbədə yaşayan Alekseyevə bir neçə dəfə arxadan atəş açıb.

General sağ qalıb və xəstəxanaya yerləşdirilib.

Moskva İstintaq Komitəsinin müstəntiqləri kamera görüntülərini araşdırır və şübhəlini axtarır.

General-leytenant Vladimir Alekseyev 2011-ci ildən QRU rəisinin birinci müavini vəzifəsində çalışır. 2017-ci ildə ona Rusiya Qəhrəmanı adı verilib.

Müstəntiqlər hadisə yerində işləyir.



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər