Saytımızı qiymətləndirin


 
 

Ukraynaya Almaniyadan “Stinger”lər gəlib
Tarix: 03-03-2022 | Saat: 08:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukraynaya Almaniyadan 1000 ədəd tank əleyhinə silah və 500 “Stinger” tipli zenit raketi gəlib. Bu barədə “Bild” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Ukraynaya silah tədarükünə həftələrdir müqavimət göstərən Almaniya federal hökuməti fevralın 26-da Silahlı Qüvvələrin silahla təmin edilməsi qərarını təsdiqləyib.

Rusiyanın Ukraynaya hücumundan sonra təkcə federal hökumətdə deyil, həm də əhali arasında təhlükəsizlik siyasətinə yenidən nəzər salınıb. Nəşr qeyd edir ki, hal-hazırda Almaniyada əhalinin 78%-i Ukraynaya alman silahlarının verilməsini, həmçinin Bundesverin yenidən silahlandırılmasını dəstəkləyir.

Müqayisə üçün qeyd olunur ki, Putinin hücumundan əvvəl keçən həftə Insa şirkətinin BILD üçün keçirdiyi sorğuda respondentlərin yalnız 22%-i Ukraynaya silah tədarükünün tərəfdarı idi.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər