Saytımızı qiymətləndirin


 
 

"Rabitəbank" sərfəli şərtlərlə ipoteka kreditləri təklif edir
Tarix: 14-01-2021 | Saat: 11:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Rabitəbank" sərfəli şərtlərlə ipoteka kreditləri təklif edir

Şəxsi ev arzusuna çatmağın əsl məqamıdır. İpoteka krediti üçün Rabitəbanka müraciət edən müştərilər 30% ilkin ödəniş etməklə illik 8% ilə ipoteka krediti əldə edə biləcəklər.

Bankdan Qarabaqinfo.az-a verilən məlumata görə, kreditin şərtləri çərçivəsində 25 il müddətinədək maksimal əldə edilə biləcək məbləğ 150 min manat təşkil edir. Əməkhaqqını Rabitəbankdan alan və ya Bankın müvafiq komitəsi tərəfindən təsdiq edilmiş şirkətlər üzrə siyahıya uyğun gələn müəssisələrin işçilərinə isə eyni şərtlər altında kredit illik 7% ilə ipoteka krediti verilir.

Bank eləcə də İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə sərfəli ipoteka krediti təklif edir. Güzəştli ipoteka kreditinin illik faiz dərəcəsi 4%, maksimal məbləği 100 min manat, müddət isə 30 ildir.

Bundan əlavə, Rabitəbank evi olmayan, eləcə də evini yeniləmək istəyən rəsmi gəlir və ya digər rəsmi gəlir mənbələri olan müştəriləri sərfəli şərtlərdən faydalanmağa səsləyir. Kredit məhsulunun şərtləri ilə linkə keçid edərək yaxından tanış ola, həmçinin, onlayn sifariş etmək mümkündür 

Rabitəbankın xidmət şəbəkəsi və 133 Çağrı Mərkəzi bu və digər məhsullarla bağlı sualları cavablamağa hazırdır.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.



Xəbəri paylaş

326 dəfə oxunub.

Digər xəbərlər