Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə ordunun döyüş hazırlığını yoxlayıb
Tarix: 06-09-2024 | Saat: 11:41
Bölmə:Karusel / Region | çapa göndər
190 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-09-2024 | Saat: 11:41
Bölmə:Karusel / Region | çapa göndər
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb.
QArabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Xəbəri paylaş
Digər xəbərlər
21-07-2023, 10:40
Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu başlayır
20-06-2023, 09:59
Zəngəzurda alternativ yolun tikintisi ilin sonunda bitəcək
23-06-2022, 18:33
“Netflix”in “The Gray Man” layihəsinin bir hissəsi Bakıda çəkilib
27-06-2024, 11:01
Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxır
5-01-2021, 15:20
SMS-icazə ləğv edilir?
15-02-2022, 23:02
İngiltərə millisinin qapıçısı kütləvi davada iştirak edib
23-05-2023, 17:10
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib















