Saytımızı qiymətləndirin


 
 

Zelenski: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək
Tarix: 25-01-2026 | Saat: 22:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski: Ukrayna heç bir halda Donbası Rusiyaya verməyəcək

“Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib.

"Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır", - o vurğulayıb.

Zelenski Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri haqqında sənədin 100% hazır olduğunu, qalan tək şeyin onu imzalamaq olduğunu deyib.

"Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri bu müharibənin bitməsi üçün konkret tarixləri göstərir. Sənəd 100% hazırdır. Biz tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı siqnalını gözləyirik. Bundan sonra o, təsdiq üçün ABŞ Konqresinə və Ukrayna parlamentinə təqdim ediləcək", - Zelenski əlavə edib



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər