Saytımızı qiymətləndirin


 
 

Rubinyan: Türkiyə və Rusiyanın TRIPP-də iştirakı müzakirə olunmur
Tarix: 19-01-2026 | Saat: 16:43
Bölmə:Karusel / Region | çapa göndər

Rubinyan: Türkiyə və Rusiyanın TRIPP-də iştirakı müzakirə olunmur

Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə mövzusu deyil.

qarabaginfo.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, üçüncü tərəflərin, xüsusən də Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakına dair müzakirələr aparılmır.

"Bilirsiniz, bu yaxınlarda TRIPP şirkətinin yaradılması prinsipləri haqqında sənəd dərc edilib. Xatırladım ki, bu, erməni-amerikan şirkətidir və bu baxımdan başqa bir ölkənin iştirakı planlaşdırılmır. Lakin TRIPP proqramının daha geniş istifadəsi barədə danışsaq, təbii ki, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya, Orta Asiya ölkələri, Avropa ölkələri və s. bundan faydalanacaq", - Rubinyan deyib.

Onun sözlərinə görə, TRIPP-in işə salınması Ermənistana İran, Rusiya, Türkiyə və digər ölkələrlə dəmir yolu əlaqələri təmin edəcək.

Spiker müavininin sözlərinə görə, savadı olan hər kəs dərc olunmuş sənədi oxuya bilər və orada heç bir dəhlizin olmayacağı bildirilir.

"Son beş ildə qaldırılan narahatlıqları xatırlatmaq istəyirəm. Onlar üç əsas mövzuya yönəlmişdi: üçüncü ölkənin təhlükəsizliyi təmin edib-etməyəcəyi, lazımi viza və gömrük prosedurlarının olub-olmayacağı və Ermənistan sərhədçilərinin olub-olmayacağı.

Bu layihədə aydın və birmənalı şəkildə bildirilir ki, təhlükəsizliyin müvafiq Ermənistan hakimiyyəti orqanları təmin edəcək, lazımi pasport və gömrük prosedurları tətbiq olunacaq, Ermənistan sərhədçiləri və digər müvafiq qurumların nümayəndələri müvafiq nəzarət-buraxılış məntəqələrində fiziki olaraq iştirak edəcəklər. Min dəfə deyilir ki, hər şey Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində baş verəcək. Şübhə edənlərin xeyrinə, suveren funksiyaların başqalarına verilməyəcəyi xüsusi olaraq bildirilir. Buna görə də, görünən dəhliz yoxdur", - deyə Rubinyan vurğulayıb.



Xəbəri paylaş

101 dəfə oxunub.

Digər xəbərlər
23-12-2022, 15:58 Bakı-Quba yolu AÇILDI