Saytımızı qiymətləndirin


 
 

“Ermənilərin bizə qaytarılması və iki suriyalının təhvil verilməsi bir-biri ilə əlaqəli deyil”
Tarix: 15-01-2026 | Saat: 17:43
Bölmə:Karusel / Region | çapa göndər

ermenilerin-bize-qaytarilmasi-ve-iki-suriyalinin-tehvil-verilmesi-bir-biri-ile-elaqeli-deyil

Azərbaycanın 4 erməniəsilli şəxsi Ermənistana təhvil verməsi və Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş 2 muzdlunun Suriyaya təhvil verilməsi bir-biri ilə əlaqəli deyil.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.

“Bu iki hadisənin bir-birinə aidiyyəti yoxdur. Biz, həmçinin Suriya ilə münasibətlərin inkişafı istiqamətində çalışırıq. O cümlədən ümid edirik ki, bu dostcasına qərar Suriyaya münasibətdə həmin ölkədəki erməni icması üçün əlverişli şərait yaradacaq”, - Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan humanizm prinsiplərini rəhbər daha 4 erməniəsilli şəxsi – Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanı Ermənistana təhvil verib.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər