Saytımızı qiymətləndirin


 
 

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın- Ölən var - Video
Tarix: 07-01-2026 | Saat: 14:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.



Xəbəri paylaş

85 dəfə oxunub.

Digər xəbərlər