Saytımızı qiymətləndirin


 
 

MAXE işləmək istəyənlərin diqqətinə... - Sənədlərin qəbuluna başlanıldı
Tarix: 11-01-2021 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

MAXE işləmək istəyənlərin diqqətinə - Sənədlərin qəbuluna başlanıldı

Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Qarabaginfo.az-a bildirib kisənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə edə bilərlər: https://mod.gov.az/az/news/muddetden-artiq-heqiqi-herbi-xidmet-kecmek-isteyenlerin-nezerine-34403.html



Xəbəri paylaş

367 dəfə oxunub.

Digər xəbərlər