Həbs edilən Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin apellyasiya şikayəti təmin edilməyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Unikal.org-a onun qardaşı Bəhruz Quliyev məlumat verib.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan Rasim Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.