Saytımızı qiymətləndirin


 
 

Karakas: ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir, lakin buna nail olmayacaq
Tarix: 03-01-2026 | Saat: 13:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Karakas: ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir, lakin buna nail olmayacaq

ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Venesuela XİN-in yaydığı bəyanatda bildirilib.

“ABŞ hücumlarının məqsədi Venesuelanın neft və mədən ehtiyatlarını ələ keçirməkdir. ABŞ bu resursları ələ keçirməkdə uğur qazanmayacaq. Hücumlar Karakas, Miranda, Araqua və La Qvayra ştatlarında baş verib”, deyə bəyanatda vurğulanır.

Qeyd olunub ki, Pentaqon məsələ ilə bağlı şərh verməyib, sorğuları Ağ Evə ünvanlamağı tövsiyə edib. Ağ Ev isə şərh üçün göndərilən sorğulara dərhal cavab verməyib.

“The Wall Street Journal” isə yazır ki, Ağ Ev ABŞ hərbçiləri Venesuelanı tərk etdikdən sonra bəyanat yayacaq.

Federal Aviasiya Administrasiyası Karakasda baş verən partlayışlardan əvvəl “davam edən hərbi fəaliyyət” səbəbilə ABŞ-ın kommersiya uçuşlarının Venesuela hava məkanında həyata keçirilməsini qadağan edib.

Karakasda yerləşən bir hərbi bazanın anqarından tüstünün qalxdığı müşahidə olunub. Paytaxtdakı başqa bir hərbi obyekt isə elektrik enerjisiz qalıb.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər