Separatçı erməni rejiminin “baş diplomatı” Laçından keçib Moskvaya uçdu və...
Tarix: 29-05-2021 | Saat: 23:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1368 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-05-2021 | Saat: 23:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin Rusiya hərbi kontingentinin nəzarətində qalmış hissəsində hələ də sülənən qondarma separatçı rejim tör-töküntülərinin “xarici işlər naziri” adlanan David Babayan ad-soyadlı məxluq Moskvaya “işgüzar səfəri”ni başa vurub.
Qarabaginfo.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.
23-28 may tarixlərində Rusiya paytaxtında olan separatçı məmur “Rusiyanın siyasi, ictimai, elmi dairələrinin, erməni icmasının nümayəndələri, Erməni Apostol Kilsəsinin ruhaniləri ilə görüşüb.
Görüşlərdə “bölgədəki vəziyyət, Azərbaycan-Qarabağ münaqişəsinin həlli perspektivləri”, separatçı-terrorçu rejim-diaspor əməkdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti də Moskvadadır.
Onu da vurğulayaq ki, separatçı “baş diplomat” Moskvaya getmək üçün Rusiyanın nəzarətində olan Laçın “dəhliz”indən keçib İrəvana getməli, qayıdanda da eyni məkandan Azərbaycan dövlət sərhədini pozub geri qayıtmalıdır. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
13-03-2022, 15:13
Vilayət Eyvazov Afət Mirzəyevi vəzifəsindən azad etdi
9-10-2019, 10:44
Oqtay Şirəliyev qriplə bağlı əmr verdi
17-01-2025, 10:32
Kobaxidze Azərbaycana gəldi
12-05-2023, 12:23
Erkan Baş da namizədlikdən çəkiləcək? - Fəhlə Partiyasından AÇIQLAMA
21-02-2022, 09:00
Makron Fransa prezidentliyinə namizədliyini irəli sürməyi təxirə salıb
29-12-2021, 23:26
UEFA-dan Kadi ilə bağlı daha bir paylaşım
23-10-2019, 09:54
Bu gün AMEA-ya yeni prezident seçiləcək
4-04-2024, 17:33
Bağça müəllimləri üçün sertifikasiya imtahanının vaxtı AÇIQLANDI

















