Saytımızı qiymətləndirin


 
 

Erkan Baş da namizədlikdən çəkiləcək? - Fəhlə Partiyasından AÇIQLAMA
Tarix: 12-05-2023 | Saat: 12:23
Bölmə:Karusel / Region | çapa göndər

Erkan Baş da namizədlikdən çəkiləcək? - Fəhlə Partiyasından AÇIQLAMA

 

Türkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının prezidentliyə namizədi Muharrem İncenin namizədlikdən çəkilməsindən sonra Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Başın da deputatlığa namizədlikdən çəkilməsi müzakirə olunur.

 

Belə ki, mediada onun "İncə namizədliyini geri götürsün, mən də çəkilərəm" deməsi barədə məlumatlar yayılmışdı.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TİP mövzu ilə bağlı rəsmi açıqlama verib.

 

Bildirilib ki, Erkan Başın bu ifadələri səsləndirməsi həqiqəti əks etdirmir və o, namizədlikdən çəkilməyəcək.

 

Erkan Baş ötən həftələrdə paylaşdığı video ilə İnceyə səslənərək onu "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə və prezidentliyə namizədliyini geri götürməyə çağırmışdı. Həmin vaxt İnce Başa "özü deputatlığa namizədlikdən çəkilsin və bizim o dairədəki namizədimizi dəstəkləsin" cavabını vermişdi.

 

TİP-in mövzu ilə bağlı açıqlaması isə belədir:

 

"Partiyamızın sədri Erkan Baş İnceyə çağırışından sonra 5 may 2023-cü ildə təkrar müraciətində dediyi cümlələr bunlardır.

 

"Biz millət vəkili olmağı bir vəzifə, həm də məsuliyyət hesab edirik. Bu, şəxsi problem deyil, bizim nöqteyi-nəzərimizdən deputat statusu məsələsi deyil. Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinin şərti Erkan Başın deputatlığa namizəd olmamasıdırsa, o, dərhal geri çəkilsin. Həqiqətən istəyirsə gəlsin, çəkilsə mən də çəkilərəm.Bizim üçün problem yoxdur. Amma bizim geri çəkilməyimiz onların heç nə qazanması demək deyil. Həmin dairədə seçkilərdən tamamilə geri çəkilsək, hamımız İnceyə səs versək, bütün partiyalar Məmləkət Partiyasına səs versək də heç nə dəyişməyəcək".

 

Muharrem İncenin namizədlikdən çəkilməsini alqışlayırıq və bu müddət ərzində ona qarşı nalayiq hücumlar üçün "keçmiş olsun" diləklərimiz çatdırırıq. Digər tərəfdən, sədrimizin “İnce geri çəkilsə, mən də çəkiləcəyəm” açıqlaması ilə bağlı xəbərlər ictimaiyyətə çatdırılır. Bu, həqiqəti əks etdirmir".

 

Qeyd edək ki, dünən partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb.

 

Xatırladaq ki, "Əmək və Azadlıq İttifaqı"na daxil olan Türkiyə Fəhlə Partiyası Kılıçdaroğlunun namizədliyini dəstəkləyir. Belə ki, bu ittifaq parlament seçkilərinə iki proporsional siyahı ilə (TİP-in müstəqil siyahısı, digər bütün siyasi qüvvələrin birgə YSP siyahısı) qatılsa da, prezidentliyə namizəd çıxarmamışdı. Daha sonra ittifaq "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyəcəklərini rəsmi şəkildə elan edib.(modern.az)



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər