Ana Sayfa > Karusel / Qarabağ > Separatçı erməni rejiminin  “baş diplomatı” Laçından keçib Moskvaya uçdu və...

Separatçı erməni rejiminin  “baş diplomatı” Laçından keçib Moskvaya uçdu və...


29-05-2021, 23:26. Yazar: Admin
Separatçı erməni rejiminin  “baş diplomatı” Laçından keçib Moskvaya uçdu və...
Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin Rusiya hərbi kontingentinin nəzarətində qalmış hissəsində hələ də sülənən qondarma separatçı rejim tör-töküntülərinin  “xarici işlər naziri” adlanan  David Babayan ad-soyadlı məxluq Moskvaya “işgüzar səfəri”ni başa vurub.
 
Qarabaginfo.az xəbər verir ki, bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.
 
23-28 may tarixlərində Rusiya paytaxtında  olan separatçı məmur “Rusiyanın siyasi, ictimai, elmi dairələrinin, erməni icmasının nümayəndələri, Erməni Apostol Kilsəsinin ruhaniləri ilə görüşüb.
 
Görüşlərdə “bölgədəki vəziyyət, Azərbaycan-Qarabağ münaqişəsinin həlli perspektivləri”, separatçı-terrorçu rejim-diaspor əməkdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.
 
Xatırladaq ki, bu günlərdə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti də Moskvadadır.
 
Onu da vurğulayaq ki, separatçı “baş diplomat” Moskvaya  getmək üçün Rusiyanın nəzarətində olan Laçın “dəhliz”indən keçib İrəvana getməli, qayıdanda da eyni məkandan Azərbaycan dövlət sərhədini pozub geri qayıtmalıdır. (Moderator.az)
 

Geri dön