Saytımızı qiymətləndirin


 
 

Gürcüstan DTX-nın sabiq rəisinin əmlakları müsadirə olunub
Tarix: 24-12-2025 | Saat: 14:58
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan DTX-nın keçmiş rəhbəri Qriqol Liluaşvili

 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəisi Qriqol Liluaşvilinin bir neçə daşınmaz əmlakı müsadirə olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə onun vəkili Robert Qriqalaşvili “TV Pirveli” kanalına bildirib.

Onun sözlərinə görə, Liluaşvilinin adına olan daşınmaz əmlaklara, həmçinin mənzilə də preventiv tədbir olaraq təxminən iki ay əvvəl həbs qoyulub.

Vəkil vurğulayıb ki, müdafiə etdiyi şəxs irəli sürülmüş ittihamlar üzrə özünü günahkar hesab etmir.

Qeyd edək ki, DTX-nın sabiq rəisi ötən gün saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunur. Barəsində həbs qətimkan tədbirinin bu gün seçiləcəyi gözlənilir. Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Xatırladaq ki, Liluaşvili DTX-ya 2019-cu ilin oktyabrından bu ilin aprel ayınadək rəhbərlik edib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər