Tarix: 12-12-2025 | Saat: 17:15
Bölmə:Karusel / Sosial | çapa göndər
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı qeyd olunur. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli yağıntının intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">









