Saytımızı qiymətləndirin


 
 

Kamboca Tailandın hərbi bazasını atəşə tutub, ölən və yaralananlar var
Tarix: 08-12-2025 | Saat: 10:13
Bölmə:Karusel / Dünya | çapa göndər

Kamboca Tailandın hərbi bazasını atəşə tutub, ölən və yaralananlar var

Kamboca ordusunun Tailand ərazisindəki Anuponq hərbi bazasına hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər isə yaralanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Khaosod” portalı Tailand ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib.

Bildirilib ki, bu fəaliyyətlər sərhəd zonasındakı gərginliyin daha da artmasına və hərbi əməliyyatların genişlənməsinə yol aça bilər.

Hadisəyə cavab olaraq Tailand Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb.

“Hərbi Hava Qüvvələri ölkənin suverenliyi, müstəqilliyi və vətəndaşların təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab vermək üçün məsuliyyətlə hava əməliyyatları həyata keçirəcək”, - Tailand ordusunun açıqlamasında deyilir.



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər