Saytımızı qiymətləndirin


 
 

Nazir müavini: “Ukrayna ordusu döyüşə Almaniya ordusundan daha hazırlıqlıdır”
Tarix: 26-01-2022 | Saat: 17:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Nazir müavini: “Ukrayna ordusu döyüşə Almaniya ordusundan daha hazırlıqlıdır”
Oleksandr Polişuk

“Almaniya bu gün Ukraynaya silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Almaniyanın ölkəsinə hərbi sursat satışından imtina etməsinə münasibət bildirərəkən deyib.

“Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya Ukraynaya silah və hərbi texnika sarıdan kömək etmək qərarına gələrsə, biz buna hazır olacağıq. Mövcud eytiyacları bilirik, yeni müqavilələri harada imzalaya biləcəyimizi də bilirik. Söhbət heç də hansısa xeyriyyə tədbiri şəklində təmənnasız silah verməkdən getmir. Biz müqavilə imzalanmasını, lisenziya alınmasını nəzərdə tutan adi tərəfdaşlıqdan bəhs edirik".

Müdafiə nazirinin müavini Ukrayna ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib:

"Bu gün Ukrayna ordusu döyüşə girməyə heç mübaliğəsiz Almaniya ordusundan daha çox hazırlıqlıdır. Almaniya Silahlı Qüvvələrinin mövcud vəziyyətinə yaxından bələdəm, odur ki, Almaniya kimi güclü tərəfdaşımızı da müdafiə qabiliyyətini yüksəltməsi üçün bizim də bölüşəcəyimiz məsələlər var”-deyə, nazir müavini əlavə edib.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər