Saytımızı qiymətləndirin


 
 

Rusiyada dünya tarixinin tədrisini dayandırmaq təklif olunur- Narışkindən AÇIQLAMA
Tarix: 07-08-2024 | Saat: 13:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya universitetlərində ümumi dünya tarixinin tədrisini dayandırmaq və diqqəti ölkənin öz tarixinin öyrənilməsinə yönəltmək lazımdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, digər ölkələrin tarixi xüsusi olaraq tarix elmi ilə məşğul olmayan ixtisaslar üzrə universitet kursunu çox yükləyir. “Ümumi tarixə aid materiallar mənimsənilmir və ya zəif mənimsənilir. Ona görə də bu gün ümumi tarixlə bağlı əlavə bölmələrin konsepsiyadan çıxarılması məsələsinə baxılmasını təklif edirəm”.

Narışkin qeyd edib ki, dünya tarixi yalnız qaçılmaz hallarda öyrədilməlidir. Xüsusilə, politoloqlar, regionşünaslar və beynəlxalq hüquqşünaslar başqa ölkələrin tarixi ilə tanış ola bilərlər.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər
11-06-2022, 10:58 Bakı metrosunda oğurluq