Tarix: 23-05-2022 | Saat: 12:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistikası məlum olub.
Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. O bildirib ki, son 5 ildə 6852 bu cür hal olub, onlardan 6458 aşkarlanaraq qeydiyyata alınıb.
"2018-ci ilə 2167 belə hal olub, onlardan 2054-ü aşkarlanıb, 2019-cu ildə bu rəqəm 1980 olub, 1813-ü aşkarlanıb. 2020-ci ildə doğumu qeydə alınmayan uşaqlarının sayı 1312 olub, onlardan 1205 fakt aşkar edilib. 2021-ci ildən sonra isə bu hallar müəyyən qədər azalıb. 2021-ci ildə 972- i uşağın doğum haqda qeydiyyatı olmayıb, onlardan 937-i aşkar edilib. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur, onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb"- deyə idarə rəisi deyib.
Digər xəbərlər