Saytımızı qiymətləndirin


 
 

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!
Tarix: 06-12-2025 | Saat: 20:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Bu saziş 50 ildir qüvvədədir və uğurludur!

İsrailin demilitarizasiya zonası yaratmaq tələbləri Suriyanı təhlükəli vəziyyətə salır.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Dohada keçirilən forumda bəyan edib.

"Dəməşq İsraillə 1974-cü ildə imzalanmış ayrılma sazişinə riayət olunmasında israr edir. Bu saziş artıq 50 ildən çoxdur qüvvədədir və müəyyən mənada uğurlu sazişdir", - o vurğulayıb.

Əş-Şara bildirib ki, sazişə müdaxilə və demilitarizasiya zonası kimi digər razılaşmalara cəhd ərəb dövlətini təhlükəli vəziyyətə sala bilər:

"İsraillə sərhəddə demilitarizasiya olunmuş bufer zonası yaradılması barədə söhbət təhlükəli mövzudur. Sual yaranır: bu zonanın təhlükəsizliyini kim təmin edəcək, kim idarə edəcək? Əgər orada Suriya ordusu və təhlükəsizlik qüvvələri olmayacaqsa, bu, tamamilə məntiqli narahatlıqdır".

Qeyd edək ki, İsrail qoşunları hələ də BMT-nin patrul çəkdiyi Qolan təpələrindəki əraziləri işğal altında saxlayır və dəfələrlə Suriyanın dərinliklərində hərbi əməliyyatlar həyata keçirib.

 



Xəbəri paylaş

45 dəfə oxunub.

Digər xəbərlər