Tarix: 06-12-2025 | Saat: 17:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.
Qarabaginfo.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə X hesabında paylaşım edib.
“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, o cümlədən sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini, etimad quruculuğu prosesini və s. müzakirə etdik. Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğuladım”, - deyə paylaşımda bildirilib.
Digər xəbərlər






" style="width: 670px; height: 340px;">









