Saytımızı qiymətləndirin


 
 

"Bakı Metropoliteni" ötən il sərnişindaşıma planını pandemiyaya görə 33% yerinə yetirib
Tarix: 06-01-2021 | Saat: 11:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

"Bakı Metropoliteni" ötən il sərnişindaşıma planını pandemiyaya görə 33% yerinə yetirib

Bakı metrosunda 2020-ci ildə 74,7 mln. sərnişin daşınıb ki, bu da planlaşdırılan rəqəmdən 67,2% azdır.

"Bakı Metropoliteni" QSC-dən Qarabaqinfo,az-a  verilən məlumata görə, pandemiya səbəbindən il ərzində metropoliteninin sərnişindaşıma fəaliyyəti bir neçə dəfə dayandırılıb.

Plana uyğun olaraq QSC 2020-ci ildə plan üzrə 228 mln. sərnişinə xidmət göstərməli idi, mövcud şərait səbəbindən isə plan cəmi 33% yerinə yetirilib.

Qeyd edək ki, ilk dəfə metropoliten mart ayının son 3 günü ərzində səhər saat 7-dən 9-a, axşam isə 5-dən 8-ə qədər olmaqla, yalnız 5 saat xidmət göstərib. Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.

İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb. Daha sonra yeraltı nəqliyyatın fəaliyyəti sentyabr ayının 14-də bərpa olunub. Növbəti dəfə qəbul edilən qərara əsasən Metropolitenin fəaliyyəti oktyabrın 19-da dayandırılıb.

Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib



Xəbəri paylaş

325 dəfə oxunub.

Digər xəbərlər