Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Türkiyədəki səfiri: Zəngəzur üzərindən Naxçıvana təbii qazın çəkilməsi imkanı yaranır
Tarix: 30-11-2025 | Saat: 16:29
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

 

 

Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov

Qarabaginfo.az xəbər verir ki, səfir Naxçıvanın təbii qazla təmin olunmasında ikinci, daha perspektivli xəttin çəkilməsi imkanının yarandığını, həmçinin infrastrukturla bağlı işlərin davam etdiyini bildirib:

“Naxçıvanın Azərbaycanla quru yolu olmadığı üçün hazırda Bakı–Tbilisi–Ərzurum boru xətti ilə Türkiyə üzərindən Naxçıvanı təbii qazla təmin edirik. Bu günlərdə artıq yeni bir fürsət yaranıb ki, ikinci boru xətti açılsın. Zəngəzur üzərindən təbii qazın Naxçıvana çəkilməsi imkanı yaranır. Bununla Naxçıvandan Qarsa boru xətti çəkilə bilər və yeni perspektivlər ortaya çıxa bilər. Hazırda bu istiqamətdə Türkiyə və Azərbaycan öz ərazilərində yol infrastrukturunu təmir edir. Ermənistan tərəfində isə bu iş Amerikanın vəsaiti hesabına həyata keçiriləcək” - deyə səfir qeyd edib.



Xəbəri paylaş

64 dəfə oxunub.

Digər xəbərlər