Saytımızı qiymətləndirin


 
 

Rubio, Vitkoff və Kuşner sabah Ukrayna nümayəndələri ilə görüşəcək
Tarix: 29-11-2025 | Saat: 23:44
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və ABŞ prezidentinin rəsmi vəzifəsi olmayan qohumu Cared Kuşner bu bazar günü Floridada Ukraynadan gələn nümayəndə heyətini qəbul edəcəklər.

Qarabaginfo.az bildirir ki bu barədə Reuters agentliyi anonim qalmağı istəyən yüksək vəzifəli ABŞ rəsmisinə istinadən xəbər verir.

Andrey Yermakın Prezident Aparatının rəhbəri vəzifəsindən istefasından sonra Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.

Reuters əvvəllər Rubionun Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşünə qatılmayacağını bildirmişdi.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər