Tarix: 25-11-2025 | Saat: 12:33
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
Gürcüstan NATO-nun üzvü olmaq üçün mümkün olan hər şeyi edib.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
O qeyd edib ki, Alyansa qoşulmaq yalnız Gürcüstanın istəyi deyil, bu məsələ ölkə konstitusiyasında da təsbit olunub.
“Lakin biz görürük ki, kimlərəsə istər Gürcüstanın, istərsə də Ukraynanın ortada qalması xeyirlidir. Bu, təhlükəsizlik risklərini azaltmır, əskinə artırır”, - Papuaşvili əlavə edib.
Spiker qeyd edib ki, NATO-nun 2008-ci ildə qapılarının açıq olduğunu bəyan etməsindən 17 il ötüb:
“Gürcüstan həm konstitusiya, həm də NATO hərbçiləri ilə çiyin-çiyinə vuruşaraq hərbi yaxınlaşma baxımından mümkün olan hər şeyi edib. Top NATO-nun tərəfindədir”.
Qeyd edək ki, NATO Baş katibi Mark Rutte bildirib ki, Alyansın üzvü ola biləcək Avroatlantik regionunun istənilən ölkəsi istəyini ifadə edə bilər və bundan sonra proses başlayacaq.
Digər xəbərlər















