Saytımızı qiymətləndirin


 
 

KİV: Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə gizli plan hazırlayır
Tarix: 19-11-2025 | Saat: 10:13
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə gizli plan hazırlayır

Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması məqsədilə Rusiya ilə məsləhətləşmələr çərçivəsində yeni və gizli plan üzərində çalışır.

Qarabaginfo.az məlumat verir ki, bu barədə ABŞ və Rusiya rəsmilərinə istinadən “Axios” məlumat yayıb.

Məlumata görə, hazırlanmaqda olan 28 bəndlik yol xəritəsi ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü plan əsasında formalaşdırılıb. Sənəd “Ukraynada sülhün əldə edilməsi, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri” kimi istiqamətləri əhatə edir.

“Axios”un məlumatına görə, planın hazırlanmasına ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. O, bu məsələni Rusiya tərəfinin nümayəndəsi Kirill Dmitriyev ilə geniş müzakirə edib.

Ukrayna rəsmisinə istinadən bildirilib ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik məsələləri üzrə müşaviri Rustem Umerovla da planla bağlı danışıqlar aparıb.

ABŞ rəsmiləri qeyd ediblər ki, Ağ Ev sözügedən təklif barədə Avropa rəsmilərini məlumatlandırmağa başlayıb.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 10:03Ronaldo Ağ Evdə