Saytımızı qiymətləndirin


 
 

Rusiya İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək
Tarix: 18-11-2025 | Saat: 14:07
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Picture background

Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

 

Onun sözlərinə görə, əgər Stiv Uitkoff və ya Ankara nümayəndələri Zelenski ilə danışıqlarının nəticələri barədə Rusiyanı məlumatlandırmaq istəsələr, Putin söhbətə açıqdır.

 

Qeyd edək ki, sabah Türkiyədə Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uiktoffun iştirakı ilə Ukrayna ilə bağlı danışıqlar keçiriləcək.

"Rusiya danışıqlar prosesi üçün açıq qalır; Moskvanın mövqeyi ABŞ, Türkiyə və Ukraynaya yaxşı məlumdur. Uitkoff və ya Türkiyə hökumət nümayəndələrinin İstanbuldakı görüşlər barədə məlumat verməsini zəruri hesab edərlərsə, Putin müzakirələrə açıqdır. Hazırda Putinin Uitkoff və ya Türkiyə hökumət nümayəndələri ilə təmasları üçün konkret plan yoxdur", - Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Moskva danışıqları bərpa etmək niyyəti ilə bağlı Kiyevdən heç bir informasiya almayıb.



Xəbəri paylaş

7 dəfə oxunub.

Digər xəbərlər