Son 11 il planet üçün ən isti il olub.
Qarabaginfo.az bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının hesabatında açıqlanıb.
Hesabatda vurğulanır ki, atmosferdəki istixana qazlarının konsentrasiyasının durmadan artması səbəbindən bu tendensiyanın davam edəcək.
ÜMT-nin hesabatında vurğulanır ki, 176 illik qeydlər dövründə 2015-ci ildən 2025-ci ilə qədər ən yüksək temperaturlar qeydə alınıb. Bu dövrün son üç ili ən isti olub. 2025-ci ilin yanvar-avqust ayları üzrə məlumatlara əsasən, Yer kürəsində orta səth temperaturu sənayeləşmədən əvvəlki səviyyələri 1,42°C üstələyib.
Okean istiliyinin miqdarında və istiliyi tutan istixana qazlarının konsentrasiyalarında sabit artım müşahidə olunub. Bu dəyərlər 2024-cü ildə pik həddə çatıb və 2025-ci ildə də artmaqda davam edir.
“Rekord miqdarda istixana qazları rekord istiliyə səbəb olur. Dəniz buzları və buzlaqlar əriməyə davam edir. Ekstremal hava şəraiti geniş sosial və iqtisadi pozuntulara səbəb olur”, – hesabatın müəllifləri yazır.
6-7 noyabr tarixlərində Braziliyada Avropa, Latın Amerikası və Afrika liderlərini bir araya gətirən iqlim sammiti keçirilir.

















%20(4):1200.jpg)
