Saytımızı qiymətləndirin


 
 

Dünya Bankı ilə yeni sosial-iqtisadi inkişaf strategiyasına daxil edilməli istiqamətlər müzakirə edilib
Tarix: 30-10-2025 | Saat: 17:17
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dünya Bankı ilə yeni sosial-iqtisadi inkişaf strategiyasına daxil edilməli istiqamətlər müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən bildirilib.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ölkəmizdə biznesin inkişafı, qeyri-neft-qaz sektorunun, yaşıl və ixracyönümlü iqtisadiyyatın təşviqi, sahibkarlığın, xüsusilə kiçik və orta müəssisələrin dəstəklənməsi haqqında məlumat verilib. Həmçinin bu istiqamətlər üzrə çağırış və imkanlar qeyd edilib. Milli iqtisadiyyatın inkişafı, özəl sektorun əhəmiyyəti, inkişafa yönəlmiş investisiyaların təşviqi və innovasiya təşəbbüslərinin dəstəklənməsi müzakirə olunub.

Tərəflər “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsinə daxil edilməsi planlaşdırılan istiqamətlər, biznes mühitinin təkmilləşdirilməsi, dayanıqlı iqtisadi artımın və məşğulluğun təşviqi ilə bağlı fikir mübadiləsi aparıblar. Beynəlxalq təcrübədə biznesin intensiv inkişafı üzrə aparılmış təhlillərin nəticələrinin və özəl sektorun stimullaşdırılması ilə bağlı tədqiqat metodologiyalarının Azərbaycanda tətbiqi imkanları nəzərdən keçirilib.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər