Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın ötən il Gürcüstanda ən çox sərmayə yatırdığı sahə açıqlanıb
Tarix: 30-10-2025 | Saat: 13:55
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanın ötən il Gürcüstanda ən çox sərmayə yatırdığı sahə açıqlanıb

Ötən il Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 83,9 milyon ABŞ dolları həcmində investisiyaların böyük hissəsi nəqliyyat sektoruna yönəldilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin “2024-cü il üzrə birbaşa xarici investisiyalar” nəşrində bildirilib.

Gürcüstanın nəqliyyat sahəsinə qoyulmuş Azərbaycan sərmayələrinin həcmi 59,2 milyon ABŞ dollarına bərabər olub. Bu, Azərbaycanın ümumi investisiyalarının 70,56%-ni təşkil edib.

2024-cü ildə Gürcüstanın nəqliyyat sektoruna 105,2 milyon ABŞ dolları həcmində xarici investisiya cəlb edilib ki, bunun da 56,2%-i Azərbaycanın payına düşüb. Sərmayələr “SOCAR Midstream Operations” MMC-nin Gürcüstan filialına məxsus olub. Şirkət ötən il qonşu ölkəyə ən böyük xarici sərmayə yatıran müəssisələrin ilk onluğunda 10-cu yeri tutub.

Azərbaycanın Gürcüstanda ən çox sərmayə yatırdığı digər sahələr ticarət (16,8 milyon ABŞ dolları) və istehsal (10,4 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, ötən il Azərbaycan Gürcüstanın ən əsas investor ölkələrinin onluğunda 5,3% payla V yeri tutub.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər
22-09-2024, 09:49 Bu gün imtahan var