Saytımızı qiymətləndirin


 
 

SVR: Fransa Ukraynaya 2000 nəfərlik hərbi kontingent göndərməyə hazırlaşır
Tarix: 28-10-2025 | Saat: 12:30
Bölmə:Karusel / Dünya | çapa göndər

SVR: Fransa Ukraynaya 2000 nəfərlik hərbi kontingent göndərməyə hazırlaşır

Fransa Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

Bildirilib ki, Fransa Baş Qərargahı Kiyevə kömək etmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.

"Makron Ukraynaya hərbi müdaxilə arzusundadır və hələ də tarixə hərbi lider kimi düşməyə ümid edir. Onun əmrlərinə uyğun olaraq, Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev rejimini dəstəkləmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır. Qüvvənin əsasını əsasən Latın Amerikası ölkələrindən olan Fransa Xarici Legionunun xüsusi təyinatlıları təşkil edəcək. SVR-ə daxil olan məlumata görə, hazırda "legionerlər artıq Ukrayna ilə həmsərhəd Polşa bölgələrində yerləşdirilib və intensiv döyüş təlimləri keçirlər", - deyə Rusiya Xarici Kəşfiyyatının məlumatında qeyd olunub.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər