Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu Türkiyə PUA-ları və Rusiya S-400-ləri haqda
Tarix: 31-05-2021 | Saat: 22:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Dünyada Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarına (PUA) tələbat artıb.

Qarabaginfo.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, İndoneziya və adını açıqlamadığı digər ölkələrin Türkiyədə istehsal edilən PUA-lara maraq göstərdiyini qeyd edib.

Mövlud Çavuşoğlu Rusiyadan alınan S-400-lər barədə də danışıb və bəyan edib ki, onlar 100 faiz Türkiyənin nəzarətində olacaq.

O bildirib ki, texniki personal təlim üçün Rusiyaya göndərilib, lakin rusiyalı hərbi mütəxəssislər Türkiyədə olmayacaqlar.

XİN başçısı Rusiyanın Türkiyə ilə hava nəqliyyatına məhdudiyyət tətbiq etməsinə də münasibət bildirib. M. Çavuşoğlu qeyd edib ki, Rusiyadan hava nəqliyyatına koronavirus səbəbi ilə məhdudiyyət tətbiq etdiklərini bildiriblər.



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər