Saytımızı qiymətləndirin


 
 

Papuaşvili Gürcüstanın Avronest PA-nın sessiyasına qatılmamasına aydınlıq gətirib
Tarix: 27-10-2025 | Saat: 16:27
Bölmə:Karusel / Region | çapa göndər

Şalva Papuaşvili

 

“Avronest Avropa Parlamenti və “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq və dialoq platformasıdır. Avronest Parlament Assambleyasının Cənubi Qafqaz bölgəsində keçirilən sessiyasında Azərbaycan və Gürcüstanın iştirak etməməsi faktı Avropa Parlamentinin davranışlarının yanlış olduğunu təsdiqləyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avronest özünü “Şərq Tərəfdaşlığı”ndan təcrid edir və regional siyasətinin özünün siyasi zövqlərinə əsaslanmasını istəyir.

Papuaşvili Avronest PA-nın toplantısına Gürcüstanın müxalif partiya təmsilçilərinin dəvət olunmasını rüsvayçılıq adlandırıb.

“Bu məzhəkədə iştirak etmək fikrində deyilik. Biz bəzi avropalı parlamentarilərin Gürcüstan hökumətinə qarşı düşmənçilik ritorikasını legitimləşdirə bilmərik”, - spiker əlavə edib.

Qeyd edək ki, Avronest PA-nın 12-ci plenar sessiyası 28-30 oktyabr tarixində İrəvanda keçiriləcək. Gürcüstan və Azərbaycan nümayəndə heyətləri toplantıda iştirakdan imtina edib.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər