Saytımızı qiymətləndirin


 
 

Ankara F-35 böhranı üçün ABŞ-a üç həll yolu təklif edir
Tarix: 29-10-2021 | Saat: 17:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Глава Пентагона резко высказался об F-35 - РИА Новости, 22.01.2021

Türkiyə ilə ABŞ arasındakı F-35 böhranını yoluna qoymaq üçün ötən gün hər iki ölkənin Müdafiə Nazirliyi rəsmiləri Ankarada ilk toplantı keçiriblər.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "F-35-lə bağlı problemin həlli və maliyyə məsələlərinin müzakirəsi məqsədilə Türkiyə və ABŞ Müdafiə Nazirlikləri arasında Ankarada görüş keçirilib və danışıqların davam etdirilməsi razılaşdırılıb", deyilib.

Türkiyənin böhranın həlli üçün 3 fərqli variantı gündəmə gətirdiyi öyrənilərkən, dünən CNN-Türk yayımına qatılan Xarici İşlər naziri Mövlud Çavuşoğlu, "ABŞ bu problemi həll etməsə, Rusiya istehsalı olan Su-35 və Su-57 də daxil olmaqla, digər variantlar işə düşə bilər" mesajı verib.

Türkiyə haqsız olaraq çıxarıldığı F-35 proqramına yenidən daxil edilməyi, bu olmazsa Türkiyəyə veriləcəyi vəd edilən 6 ədəd F-35-in, bu da olmzasa Ankaranın indiyədək ödədiyi 1,4 milyard dollar geri verilməsini və ya bu pulun ABŞ-dan alınması planlaşdırılan 40 ədəd F-16, 80 ədəd F-16-nın modernləşdirilməsi üçün avadanlıqların pulundan çıxılmasını təklif edib.

ABŞ-dan alınacaq F-16 və modernləşdirilmə paketi üçün 7 milyard dolların ödənilməsi planlaşdırılır.

Görüşdən sonra Milli Müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd James Austin ilə telefonla danışıb.

Bu görüşdə F-35 böhranının həlli, Türkiyənin F-16 tələbi və Prezident Ərdoğan ilə ABŞ prezidenti Bayden arasında Qlazqoda planlaşdırılan görüşdə necə irəliləyiş əldə olunacağı ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.(Avropa.info)



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər
4-03-2023, 12:17 Şoyqu Ukraynaya GETDİ


Dünən, 14:45Tofiq Hüseynov - 70