Paşinyan: Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur
Tarix: 27-10-2025 | Saat: 12:23
Bölmə:Karusel / Region | çapa göndər
114 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-10-2025 | Saat: 12:23
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan ordusunun fəaliyyət sahəsi yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi ilə məhdudlaşır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, hökumət “döyüş qabiliyyətli ordu” anlayışını “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəz etməyi vacib sayır.
“Bizim üçün çox önəmlidir ki, gündəlik işgüzar dialoqlarda ‘döyüş qabiliyyətli ordu’ ifadəsini ‘müdafiə qabiliyyətli ordu’ anlayışı ilə əvəz edək. Çünki ‘döyüş qabiliyyətli ordu’ dedikdə, döyüşün harada baş verəcəyi dəqiq göstərilmir. Biz isə vurğulamaq istəyirik ki, Ermənistan ordusu yalnız ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlməlidir”, — Paşinyan bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
6-03-2021, 17:01
Cəbrayılın Papı kəndindən GÖRÜNTÜLƏR
23-06-2022, 00:24
Güləşçilərimiz reytinq turnirinə 8 medalla start verdi
24-06-2024, 11:06
3 polis və 1 mülki şəxsi qətlə yetirən Rövşənin - Fotosu
7-02-2022, 12:35
Azərbaycanda elektrik sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq
29-05-2024, 20:32
Abşeronda yaşayış binası yanır
17-03-2022, 21:37
Makron: "Fransa Avropada müharibəyə hazırlaşmalıdır"
21-09-2022, 11:48
Əminə Yusifqızının səhhəti pisləşib
22-10-2026, 11:19
BVF: Azərbaycanın xarici ticarət balansı güclənib
9-11-2022, 00:23
Rusiya İrandan PUA-ları necə alıb? - Qərb mətbuatı yazır
11-04-2026, 16:17
İrandan Azərbaycana indiyədək 3439 nəfər təxliyə edilib















